3 sentyabr 2024 at 11:57
Jurnalist kodu: 5564
Xəbər kodu: 85586442
T T
0 Persons
İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin olmamasının vurğulayıb

Tehran - İRNA - Ölkəmizin xarici işlər nazirinin köməkçisi Rusiyanın Tehrandakı səfiri ilə görüşündə İranın regionda sülh və sabitliyin bərqərar olmasına dəstək verməsi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi və geosiyasi dəyişikliklərə qarşı çıxması barədə bölgənin bütün ölkələrinin maraqlarına və qanuni narahatlıqlarına diqqət yetirilməsinin lazım olduğunu vurğuladı.

Xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktor Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə Qafqazda davamlı sülhün və regional əməkdaşlığın əsasının qarantı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət olduğunu qeyd edib.

Bu görüşdə Qafqazda cərəyan edən cari proseslər ətrafında fikir mübadiləsi aparılaraq, ölkəmizin regionda sülh və sabitliyin bərqərar olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşı çıxması və geosiyasi bölgədəki dəyişikliklərə diqqət edilməsi lazım olduğu və bölgədəki bütün ölkələrin qanuni maraqları və narahatlıqları vurğulandı.

Tərəflər, həmçinin 3+3 məsləhət qrupu dövlətlərinin qarşıdan gələn İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülh və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə etməyin zəruriliyini vurğuladılar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .